İranda çörək və yanacaq qıtlığı: - Sistan və Bəlucistanda vəziyyət dramatik hal alıb

5-01-2023, 19:26           
İranda çörək və yanacaq qıtlığı: - Sistan və Bəlucistanda vəziyyət dramatik hal alıb
İranın Sistan və Bəlucistan əyalətində çörək və yanacağ qıtlığı yaranıb.

TEREF.AZ Qaynarinfo-ya istinadən xəbər verir ki, yanacaqdoldurma məntəqələrinin, çörək sexlərinin və mağazalarının qarşısında uzun növbələr yaranıb. Fəalların sözlərinə görə, bəzən çərk növbəsi saatlarla çəkir. Yanacaqdoldurma məntəqələrindəki növbələrin uzunluğu isə kilometrlərlə ölçülür.

Sistan və Bəlucistan əyalətinin taxılçılıq üzrə rəsmi şəxsi Məhəmmədrza Sərqazi isə çörək qıtlığı barədə deyilınləri inkar edib. O növbələri əhalinin isti çörək alması ilə izah edib. Sərqazi deyib ki, əhaliyə isti çörək satılmalıdır. Onun sözlərinə görə, insanlar çörək təzə bişmiş, isti olmadıqda almırlar. Bu baxımdan, çörək sexlərinin qarşısında növbələr yaranır.

İranlı fəallar isə Sərqazinin dediyini sadəcə bəhanə sayırlar. Fəllar bildirir ki, baş verənlər sistematik xaraktert daşıyır. Onların fikrincə, bu sadəcə hakimiyyətin təzyiqidir. Məsələ burasındadır ki, Sistan və Bəlucistan İrandakı etiraz aksiyalarında ən fəal bölgələrdəndir.

Sünnilərin kompakt yaşadığı bu əyalətdə demək olar ki, hər gün hakimiyyət əleyhinə aksiya keçirilir. Məhsa Əminin ölümünə etiraz olaraq keçirilən aksiyalar zaman Sistan və Bəlucistan əhalisi xüsusi fəallıq göstərib. Aksiyalarda ən çox ölüm halları da bu əyalətdə qeydə alınıb. Təkcə Sistan və Bəlucistanın inzibati mərkəzi sayılan Zehdan şəhərində bir aksiyada 90 nəfər həyatını itirib.

İranlı faəllar deyir ki, hakimiyyəti Sistan və Bəlucistanda etirazların qarşısını almaq üçün repressiya və edamlarla yanaşı, onları həm də çörəklə imtahana çəkməyə başlayıb. Onların fikrincə, bu İranda gərginliyin daha da artmasına səbəb olacaq.
0












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.