QIZILA BƏRABƏR TƏRƏVƏZ: TURPUN FAYDALARI

6-01-2023, 09:04           
QIZILA BƏRABƏR TƏRƏVƏZ: TURPUN FAYDALARI
Turp qədim zamanlardan bəri qiymətli tərəvəz olub. Hələ qədim yunanlar onu qızıl qablarda təqdim edir və çəkisinə bərabər xalis qızılla ödəyirdilər. Turp təkcə qida dəyərinə deyil, həm də müalicəvi xüsusiyyətlərinə görə yüksək qiymətləndirilir.

Tribunainfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu tərəvəz insan orqanizmi üçün lazım olan bir çox elementi ehtiva edir.

Turp soğan və sarımsaq kimi iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Tərkibində təbii antibiotiklər var. O, soyuqdəymə üçün əla vasitədir.

Xüsusilə yoluxucu xəstəliklər vaxtı faydası böyükdür. Onlarla mübarizə aparmağa kömək edir. Turp qanda pis xolesterinin miqdarını azaldır, həzmi yaxşılaşdırır.

Turpu qış üçün saxlamaq istəyənlər üçün zirzəmi yaxşı variantdır. Zirzəmi yoxdursa, şüşəli eyvanda da saxlamaq mümkündür.

Orqanizmin vitamin çatışmazlığı, zəiflədiyi və soyuqdəyməyə meyilli olduğu qış fəslində turpdan xüsusilə istifadə etmək lazımdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru