Dünyanın ən böyük ayıları təhlükə qarşısında: Xəstə quşları yeyib kor olurlar - FOTO

24-01-2023, 12:08           
Dünyanın ən böyük ayıları təhlükə qarşısında: Xəstə quşları yeyib kor olurlar - FOTO
ABŞ-də qonur ayılarda (“qrizli”) ilk dəfə quş qripinə yoluxma halları müəyyən edilib. İlkin məlumatlara görə, artıq 37 yırtıcıda virus aşkar edilib.

Bu barədə “Montana Fish, Wildlife and Parks” mərkəzi xəbər yayıb.

Heyvanların xəstə quşla qidalandıqdan sonra yoluxmuş ola biləcəkləri düşünülür.

Məlumata görə, ayılarda səmtin itirilməsi və qismən korluq yaranıb. Xəstəlik səbəbindən heyvanları məcburən iynə vuraraq öldürüblər.


Qeyd edilir ki, ABŞ-də quş qripi epidemiyası artıq bir ilə yaxındır davam edir. İndiyə qədər xəstəlik tülkü, yenot, çəmənlik canavarı (“koyot”) və qara ayılarda qeydə alınmışdı. Bu yırtıcıların da yoluxmuş ördək və qazları yedikləri ehtimal edilir.

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, epidemiya 47 ştatda 58 milyona yaxın ev quşunun ölümünə səbəb olub. Belə ki, Kolorado səlahiyyətliləri yumurtlayan toyuqların 90%-nin öldüyünü açıqlayıb.

Mənbə: fwp.mt.gov












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru