“Google” mətni musiqiyə çevirən süni intellekt yaradıb

29-01-2023, 11:05           
“Google” mətni musiqiyə çevirən süni intellekt yaradıb
“Google GitHub” istifadəçinin mətn sorğuları əsasında bütöv musiqi kompozisiyaları yaratmağa qadir olan “MusicLM” neyron şəbəkəsini təqdim edib. Neyron şəbəkəsi təlim üçün audio fayllarının ümumi müddəti 280 min saat olan media kitabxanasından istifadə edir.

“MusicLM”in həm musiqi alətləri kimi xüsusi siyahı əsasındakı sorğularından, həm də əhval-ruhiyyənin və ya hisslərin mücərrəd təsvirlərindən kompozisiyalar yarada bildiyi deyilir.

Neyron şəbəkənin imkanlarının nümayişi olaraq “Google” təqdimatda onlarla trek nümayiş etdirib.

“Google” yeni alətini ictimaiyyətə təqdim etməyi planlaşdırmır. Buna səbəb olaraq müəllif hüquqlarının pozulması imkanı göstərilir.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru