Qərb kəşfiyyatı: “İsfahan şəhərinə dron hücumu uğurlu olub”

30-01-2023, 00:07           
Qərb kəşfiyyatı:
İranın İsfahan şəhərinə dron hücumu uğurlu olub, hərbi obyektdə ən azı dörd partlayış baş verib.

“Report” xəbər verir ki, bu barədə İsrailin “Jerusalem Post” qəzetinə Qərb kəşfiyyatındakı mənbələr bildirib.

Qeyd olunub ki, İsfahanda mütərəqqi silahların işlənib hazırlanmasını həyata keçirən obyektdə dörd partlayış baş verib: “Bunu sosial şəbəkələrdə yerləşdirilən qeydlər sübut edir. Zərər İranın iddia etdiyi “damın kiçik zədələnməsindən” çox daha böyükdür”.

Qəzetin yazdığına görə, əvvəllər İran hakimiyyəti bu cür insidentlərdə hərbi obyektlərə ciddi ziyanın dəydiyini əvvəlcə təkzib edir:

“Yalnız bir müddət sonra Tehran dəymiş ziyanın miqyasını açıqlayır. Bu, dəyən ziyanın effektivliyini təsdiqləyən və İran hakimiyyətinin ilkin rəsmi versiyasını təkzib edən peyk şəkilləri ictimai sahəyə çıxdıqdan sonra baş verirdi”.

Qəzetin mənbələrinə görə, İsrailin kəşfiyyat orqanlarının İranın nüvə proqramı ilə bağlı hədəflərə qarşı keçmişdə uğurlu hücumlar həyata keçirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.