Rusiyada 555 min nəfər ölüb, yarım milyon ölkədən qaçıb – Əhali sayında rekord azalma

3-02-2023, 12:24           
Rusiyada 555 min nəfər ölüb, yarım milyon ölkədən qaçıb – Əhali sayında rekord azalma
Rusiya Dövlət Statistika Komitəsinin (Rosstat) yaydığı məlumata görə, işğal edilmiş Krım yarımadası da daxil olmaqla ölkədə 146,4 milyon insan yaşayıb.

“AzPolitika.info” rus mediasına istinadla xəbər verir ki, rəqəmlər 2021-ci il Ümumrusiya Əhali Siyahıyaalmasının məlumatlarına əsaslanır. Bu rəqəmlərə Ukraynadan qoparılan 4 regionun əhalisi daxil edilməyib.

Məlumata görə, 2022-ci ildə Rusiya əhalisi 555 min nəfər azalıb. Qeyd olunur ki, hesablamalarda əhalinin təbii yerdəyişməsi və miqrasiyası nəzərə alınıb. Statistikada ötən ildə təbii azalmanın 543 min nəfərdən çox olduğu yazılıb.

Rosstat əvvəlki illərin məlumatlarına əsaslanaraq, rusiyalıların sayının ardıcıl beşinci ildir azaldığını göstərən infoqrafika hazırlayıb. Bir il əvvəl COVID-19 pandemiyası nəticəsində ölənlərin sayının kəskin artması, habelə doğumun azalması 2002-ci ildən sonra rekord həddə yüksəlib.

2022-ci ildə Rostov vilayətinin əhalisi Rusiyanın digər bölgələrinə nisbətən daha çox azalıb - 28,6 min nəfər. Daha sonra Nijni Novqorod və Saratov vilayətləri gəlir.

Başqa şəhərlərlə müqayisədə Moskvanın əhalisi 82,4 min nəfər artıb. İndi Rusiya paytaxtında 13,1 milyon əhali yaşayır. Həmçinin Moskva vilayətində və Dağıstanda əhalinin artımı qeyd olunur.

2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzü başlayandan və ruslar müharibəyə səfərbər edildikdən sonra 500 mindən çox insan ölkəni tərk edib.

Xatırladaq ki, ABŞ kəşfiyyatı bir ilə yaxındır davam edən müharibə zamanı Rusiyanın 190 min nəfər yaxın itki verdiyini açıqlayıb. Rusiya isə bu rəqəmləri 10 min nəfər civarında göstərir.

Rasim Əliyev












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.