Rusiya klinikasında bitkoin mədəni aşkar olundu

7-02-2023, 12:08           
Rusiya klinikasında bitkoin mədəni aşkar olundu
İrkutskda böyük tibb müəssisəsinin çardağında kriptovalyuta istehsalı üçün iki böyük ferma aşkar edilib.

Ondan çox bitkoin istehsal edən qurğu şəhər xəstəxanasının elektrik şəbəkəsinə qoşulub.

Hadisə Sosnovıy Bor kəndindəki 2 saylı Regional Psixiatriya Xəstəxanasında qeydə alınıb. Onun sahəsi 12 hektara yaxındır. Klinikada 1300-ə qədər xəstə yerləşdirilə bilər. Amma bu yaxınlarda məlum olub ki, bu divarların arxasında nəinki xəstələri müalicə edir, həm də pul qazanırlar.

Avadanlıqlar meşəyə bitişik binanın çardağında işləyir. Görünür, elə buna görə də yüksək səs-küy uzun müddət yerli sakinlərin diqqətini çəkməyib. Həkimlərin sözlərinə görə, xəstələr də ondan şikayət etməyiblər. Amma bu yaxınlarda psixi xəstəxananın binasında şübhəli fəaliyyətlə bağlı prokurorluğa məlumat verilib.

Hazırda bitkoin hasilatı texnikası müsadirə olunub. Polis Rusiya Cinayət Məcəlləsinin 165-ci (etibardan sui-istifadə edərək əmlaka zərər vurma) maddəsi ilə nəzərdə tutulmuş cinayətlə bağlı araşdırmalara başlayıb.

Mənbə: vesti.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.