Türkiyəli professor dağılan binaların tikildiyi materialları dəyərləndirdi: “Qaydalara uyğun deyil” - VİDEO

7-02-2023, 12:38           
Türkiyəli professor dağılan binaların tikildiyi materialları dəyərləndirdi:
Türkiyənin İstanbul Aydın Universitetinin professoru Zeki Gündüz “Haber Global”ın canlı yayımında Qaziantepdə dağılan binalardan birinin tikildiyi materialları dəyərləndirib.

“Haber Global”ın əməkdaşının bununla bağlı ünvanladığı suala cavabında professor bildirib ki, istifadə olunan material qaydalara uyğun deyil.

O, istifadə edilən armaturların və qarışımların düzgün seçilmədiyini qeyd edib.

“Əsasnaməyə görə, bu cür dəmirlərdən istifadə etmək məqsədəuyğun deyil. Reqlamentə uyğun olaraq armaturlar poladdan olmalıdır. Əlimizdəki nümunəyə nəzər yetirdikdə homogen teksturaya malik olmadığını görürük. Tətbiq olunan qarışım qaydalara uyğun deyil”, - deyə Zeki Gündüz bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru