"Zəlzələ peyğəmbəri"ndən yeni açıqlama: Bu tarixdə yenə olacaq - VİDEO

8-02-2023, 11:36           
"Zəlzələ peyğəmbəri"ndən yeni açıqlama:
Episentri Kahramanmaraş olan və böyük dağıntılara səbəb olan zəlzələni 3 gün əvvəl sosial media hesabında paylaşan "zəlzələ peyğəmbəri" ləqəbli məşhur mütəxəssis Frank Hoogerbeets yeni müraciət ünvanlayıb.

BAKU.WS xəbər verir ki, qarşıdakı günlərdə güclü seysmik aktivlik olacağını deyən Huqerbeets bildirib ki, 6 bal gücündə təkana səbəb olacaq seysmik aktivlik fevralın 8-nə gözlənilir.

"Türkiyədə 5-6 bal gücündə təkanlar davam edəcək. 10 fevralda seysmik dalğalar gözləyirəm. Amma şiddətli olmayacağını təxmin edirəm. Ayın həndəsəsinin fevral ayının 13-14-də formalaşdığını görürük. Bu bir az kritik ola bilər”,-deyə mütəxəssis əlavə edib.

Qeyd edək ki, zəlzələ mütəxəssisi Frank Hoogerbeets buna qədər fevralın 3-dəki paylaşımında bildirmdişdi ki, Türkiyə, İordaniya, Suriya və Livanda 7,5 bal gücündə zəlzələ olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru