NASA-nın kosmik gəmisi Marsda qurumuş göl izləri aşkar edib

10-02-2023, 00:06           
NASA-nın kosmik gəmisi Marsda qurumuş göl izləri aşkar edib
ABŞ Aerokosmik Agentliyinin (NASA) "Curiosity" adlı kosmik gəmisi, Marsda kifayət qədər quru olduğu təxmin edilən qədim gölün varlığına dəlil kimi göstərilə biləcək izlər tapıb.

Sitat.info xəbər verir ki, NASA, Curiosity kosmik gəmisinin 2012-ci ildən bəri ekspedisiyada olduğu Marsda, milyonlarla il əvvəl mövcud olan gölün meydana gətirdiyi qaya səthlərində dalğaların buraxdığı izləri xatırladan görüntülər göndərdiyini açıqlayıb.

Kaliforniyadakı Jet Propulsion Laboratoriyasının layihə meneceri Ashwin Vasavada bildirib ki, bu, bütün missiyamız ərzində su və dalğaların mövcudluğuna dair əldə etdiyimiz ən güclü sübutdur.

Vasavada qeyd edib ki, missiya zamanı bir çox göl yatağı araşdırıblar, lakin heç vaxt belə aydınlıqla dalğa izləri ilə qarşılaşmayıblar.

Curiosity-nin yerləşdiyi ərazinin Marsın quruduğu zaman əmələ gəldiyinə diqqət çəkən Vasavada bu vəziyyətin olduqca diqqətçəkən olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru