Yakutiyada yoxa çıxan gölün altında nəhəng buz tuneli aşkarlandı

13-02-2023, 10:55           
Yakutiyada yoxa çıxan gölün altında nəhəng buz tuneli aşkarlandı
Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin alimləri Yakutiyanın Tattinski rayonunda güclü şaxtada yoxa çıxan gölün altında buz tuneli aşkar ediblər.

Onlar Çerkex kəndindən 20 kilometr aralıda yerləşən gölün yoxa çıxmasının səbəblərini araşdırırlar.

Aşkar olunan tunelin hündürlüyü 5-6 metr, uzunluğu isə 20 metrdir.

Alimlərin fikrincə, gölün dayazlaşması havanın temperaturunun artması ilə bağlı aşağı buz qatının əriməsi səbəbindən baş verib. Aşkar edilmiş tunel vasitəsilə su yaxınlıqdakı digər su hövzəsinə axıb.

Mənbə: rossaprimavera.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru