Azərbaycanın Koreyadakı Səfirliyinin sabiq atteşesi 347 min manat mənimsəməkdə ittiham olunur - TƏFƏRRÜAT
13-02-2023, 17:03
Azərbaycanın Koreyadakı Səfirliyinin sabiq atteşesi 347 min manat mənimsəməkdə ittiham olunur Bakı Ağır Cinayətlər Məhkəməsində Xarici İşlər Nazirliyinə (XİN) qarşı mənimsəmədə təqsirləndirilən Nəcib Osmanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bu gün hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmə baxışı fevralın 24-nə təyin edilib.
İttihama görə, Osmanov Nəcib Tahir oğlu Azərbaycanın Koreyadakı Səfirliyində maliyyə məsələləri üzrə attaşe işləyib. O 2021-2022-vi illərdə işlədiyi müddətdə dövlət büdcəsindən səfirliyə ayrılmış vəsaitin 347 min manatını mənimsəyib.
Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308(vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb. //trend//