Suriyada zəlzələdə itkin düşənlərin axtarışları başa çatdı

15-02-2023, 10:54           
Suriyada zəlzələdə itkin düşənlərin axtarışları başa çatdı
Suriya Mülki Müdafiə Qüvvələri ölkədə baş vermiş dağıdıcı zəlzələdən sağ qalanların axtarışlarının başa çatdığını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Suriya Mülki Müdafiə Qüvvələrinin sözçüsü “Əl-Hədas” telekanalına müsahibəsi zamanı məlumat verib.

“Mülki Müdafiə Qüvvələri ölkənin şimalında baş verən zəlzələ nəticəsində itkin düşənlərin axtarışı üzrə fəaliyyətlərini başa çatdırıb”, - deyə o söyləyib.

Suriyanın şimal-qərbindəki Latakiya əyalətinin qubernatoru Amer İsmayıl Hilal da vilayətdə xilasetmə əməliyyatlarının dayandırıldığını və dağılmış binaların dağıntılarının təhlilinin aparıldığını söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru