İnsanlığı zorla “Maslow Piramidasının” ilk iki pilləsinə itəliyərək ...

15-02-2023, 09:08           
İnsanlığı zorla “Maslow Piramidasının” ilk iki pilləsinə itəliyərək ...
Tarixi dövrdə yaşayırıq, pandemiya, müharibələr, təbii fəlakətlər – bir tək yadplanentlilər qalmışdı, onlar da “gəlir”.
Əgər bu söhbəti şişirtməyə qərar versələr, məncə, yeni bir “Yalta”, “Podstama”, “Helsinkiyə” hazırlıq çərçivəsində edəcəklər, dünya liderləri çıxıb deyəcək ki, Planet böyük təhlükə qarşısındadır, indi birlik-bərabərlik zamanıdır, müharibələr, münaqişələr dayansın, daha qlobal çağırış qarşısında olduğumuzu görərək yeni təhlükəsizlik konsepsiyası qəbul edək, Putini də, yoldaş Sini də, hətta Talibanı da bağışlayaq getsin, yeni səhifə açaq.
Daha demokratiya, haqq və hüquqlar yox, məhz təhlükəsizlik ilk pilləyə çıxsın, bununla da yeni transmilli idarəçilik çağının əsası qoyulsun.
İnsanlığı zorla “Maslow Piramidasının” ilk iki pilləsinə itəliyərək ancaq sağqalmanı və fiziki ehtiyacları dəyər kimi sırımağa çalışırlar – Bəşəriyyət çox ağır bir imtahan verir, “kəsilmə” ehtimalı da, təəssüf ki, çox yüksəkdir. İnsanlıq “Maslow Piramidasının” üst pilləsinə - özünüreallaşdırma, mənəvi ehtiyacların ödənilməsinə, istedadların inkişafına çatmaq üçün son 300 ildə sürətlə keçdiyi şərəfli yolu tərsinə çevirirlər.
Təhlükəsizlik adı altında bütün azadlıqların qlobal miqyasda boğulması dövrünü yaşayırıq.
Nə isə, üzrlü sayın, səsli və "provokativ" düşündüm bir az...
Natiq Cavadlı
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.