Gecə normal yuxu almayanlarda xərçəng riski yüksəkdir

16-02-2023, 09:14           
Gecə normal yuxu almayanlarda xərçəng riski yüksəkdir
Türkiyəli fizioloq alim Levent Öztürk xərçəngin profilaktikası zamanı normal gecə yuxusunun önəmli olduğunu açıqlayıb.
Bakupost.az xəbər verir ki, professor gecə yuxusu sayəsində immun sistemin möhkəmləndiyini, nəticədə xərçəng hüceyrələrinə qarşı mübarizə apardığını deyib.
“Şiş hüceyrələri ilə effektiv mübarizə aparmaq üçün bütün orqanlar, xüsusən qan və immunitet güclü olmalıdır. Bunun üçün beyin və onurğa iliyi gecə dincəlməlidir. Gecə saat 11-dən sonra səhərə kimi 7-8 saat yuxu almalıdır.
İnsan yatanda orqanizmdə olan hücumçu hüceyrələr kanserizasiyaya meyilli və şiş yaradan hüceyrələri məhv edir.
Əgər siz kifayət qədər yatmırsızsa, bu məhvedici hüceyrələrin aktivliyi azalır. Ona görə də gənclər və orta yaşlılar xüsusilə gecə yuxusunu normal miqdarda almalıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru