İndiyə qədər aşkar edilmiş ən qədim insan izi

16-02-2023, 10:23           
İndiyə qədər aşkar edilmiş ən qədim insan izi
10.000 ildən əvvəl bir qadın və ya gənc oğlan indiki Nyu Meksiko ştatının "White Sands" Milli Parkı ərazisindəki palçıqlı ərazidən keçirdi.
Çılpaq ayaqları palçıqda sürüşən səyahətçinin üzünə yağış da yağmış ola bilər. O qucağındakı körpəni qısa müddətə yerə qoyaraq bir anlıq dayanıb. Çox güman o, uşağı kürəyində daşıyaraq çox tələsirdi. Ehtimal ki, buna səbəb buz dövründə ərazidə ac dolaşan yırtıcıların çox olması idi.
Nəhəng tənbəl mamont isə onun təzəcə acmış olduğu cığır yaxınlığında irəliləyirdi.
Qəribədir ki, bir müddət sonra səyyah bu dəfə əliboş halda eyni marşrutla geriyə qayıdıb.
Təəssüf ki, bu uzaq əcdadımızın qısa müddət ərzində başlayaraq bitən səyahəti barədə əlavə məlumat yoxdur və hadisə beləcə tamamlanır.
Buradakı qədim insan izləri 1,5 km uzunluğundadır və bir neçə kiçik uşaq izləri də daxil olmaqla 400-dən çox insan izindən ibarətdir.
Mənbə:Quaternary Science Reviews / Cornell University
Şəkil: Karen Carr, M.R. Bennett
Aron Hanukaev
Teref.az















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru