Azərbaycan internetin sürətinə görə geriləyib

16-02-2023, 12:31           
Azərbaycan internetin sürətinə görə geriləyib
Bu ilin yanvar ayında Azərbaycan mobil internetin sürətinə görə 138 ölkə arasında 32,06 MB/S sürətlə 64-cü yerdə qərarlaşıb.

Bu barədə "Report" “Speedtest Global Index”ə istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan ötən ilin dekabr ayına nisbətən 3 pillə geriləyib.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ, 161,15 MB/S), sonuncu - 138-ci yeri isə Kuba (4,13 MB/S) tutub.

Ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə dünyada 118-ci yerdə qərarlaşıb. Bu isə əvvəlki ayla müqayisədə 2 pillə geriləməkdir. Yanvarda ölkədə sabit genişzolaqlı internetin orta sürəti 26,25 MB/S olub.

Sabit genişzolaqlı internetin sürəti ilə bağlı araşdırma 179 ölkədə aparılıb. Birinci yeri Sinqapur (234,55 MB/S), sonuncu yeri isə Kuba (1,84 MB/S) tutub.

Bundan başqa, yanvarda Bakı şəhəri mobil internetin sürətinə görə 1 pillə geriləyərək 35,08 MB/S sürətlə 172 şəhər arasında 77-ci yerə sahiblik edib. Azərbaycan paytaxtı sabit genişzolaqlı internetin sürətinə görə isə 29,07 MB/S sürətlə 136-cı pillədə qərarlaşıb ki, bu da 1 pillə irəliləməkdir.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri 204,37 MB/S sürətlə BƏƏ-nin Dubay şəhəri, sonuncu yeri isə 3,55 MB/S sürətlə Kubanın paytaxtı Havana tutub.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqində isə 194 şəhər rəqabət aparıb. Siyahıya Çinin paytaxtı Pekin 277,57 MB/S sürətlə liderlik edib. Suriyanın Hələb şəhəri isə 1,57 MB/S sürətlə sonuncu olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru