İranda hökumətin 40-a yaxın gizli işgəncə mərkəzi üzə çıxdı FOTO

23-02-2023, 00:02           
İranda hökumətin 40-a yaxın gizli işgəncə mərkəzi üzə çıxdı  FOTO
İranda hökumətinin 40-a yaxın gizli işgəncə mərkəzi üzə çıxıb.
Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

CNN kanalı İslam Respublikası xüsusi təyinatlı qüvvələr tərəfindən işgəncələrə məruz qalan onlarla iranlı etirazçıdan götürdüyü müsahibələrin əks olunduğu yeni reportajda hökumətin gizli işgəncə mərkəzləri haqqında məlumat verib.

Videoreportajda həmin işgəncə mərkəzlərinin konkret yeri xəritədə dəqiq coğrafi koordinatlarla göstərilib və bu binalarda həbs edilənlərə qarşı təhqir və cinsi təcavüz də daxil olmaqla “ən qəddar” psixoloji və fiziki zorakılığın həyata keçirildiyi qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru