8 Mart yaxınlaşır: Müdirə və iş yoldaşına hansı hədiyyəni vermək olmaz?

6-03-2023, 09:44           
8 Mart yaxınlaşır: Müdirə və iş yoldaşına hansı hədiyyəni vermək olmaz?
8 Mart-Beynəlxalq Qadınlar Günü yaxınlaşır.

Bu gündə zərif cinsin nümayəndələrini kiçik hədiyyyə ilə də olsa, təbrik etmək ənənəsi var.

Cebhe.info xəbər verir ki, etiket nöqteyi-nəzərindən 8 Martda həmkarlara verilən hədiyyələr yalnız işgüzar və universal olmalıdır.

Bu hədiyyələrə çiçək və şirniyyat, şokolad daxildir. Yalnız işgüzar münasibətdə olduğumuz insanlarla münasibətdə icazə verilə biləcək hədiyyə bunlardır. Daha yaxın həmkarlara həmçinin pul kisəsi, cüzdan və ya kosmetik çanta da verilə bilər.

Ekspertlər bildirirlər ki, şəxsi xarakterli hədiyyələr işdə qəbuledilməzdir.

Əgər həmkarlarımızdan biri ilə dostluq edirsinizsə, ona hədiyyəni ofisdə yox, başqa bir yerdə də verə bilərsiniz.

Etiket üzrə mütəxəssislər bildirirlər ki, müdirlərə və ya ofis menecerlərə fərdi hədiyyələr vermək də adət deyil. Ümumiyyətlə, işçinin müdirə bahalı hədiyyə verməsi doğru hesab edilmir. Yaxşı olar ki, müdir xanım olarsa, ona bütün kollektiv adından hədiyyə təqdim edilsin.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.