İçməli su da ölüm gətirir - ARAŞDIRMA

13-03-2023, 08:38           
İçməli su da ölüm gətirir - ARAŞDIRMA
İçməli suyun tərkibindəki nitratların müntəzəm olaraq qəbulu kişilərdə ən çox yayılmış xərçəng növlərindən biri olan prostat vəzinin riskini 1,6 dəfə artırır. Bu qənaətə Barselona İnstitutunun alimləri gəlib.

Cebhe.info xəbər verir ki, bu barədə “Environmental Health Perspectives” jurnalında yazı dərc olunub.

Müəlliflər suda nitratların və trihalometanların (THM) (Bu göstəricilər içməli suyun ən çox yayılmış iki çirkləndiricisi hesab olunur-red.) qəbulu ilə prostatın bədxassəli şişinin inkişaf ehtimalı arasında əlaqənin olub-olmadığını müəyyən etmək üçün araşdırma aparıblar.

Tədqiqatçılar 2008-2013-cü illər arasında 697 prostat xərçəngi (o cümlədən 97 bədxassəli şiş) və tədqiqat zamanı xərçəng diaqnozu qoyulmamış 38-85 yaşlı 927 kişidən ibarət nəzarət qrupunu tədqiq ediblər.

Hər bir iştirakçının 18 yaşından etibarən qəbul etdiyi nitratların, eləcə də trihalometanların orta miqdarı onların yaşadıqları yerə, həyatları boyu içdikləri suyun növü və miqdarına (kran suyu, qablaşdırılmış su və ya quyu suyu) əsasən hesablanıb.

Məlum olub ki, nitratların qəbulu nə qədər çox olarsa, prostat xərçəngi ehtimalı da bir o qədər çox olar. Bədənlərində daha yüksək səviyyədə nitrat və THM olan iştirakçıların (ömür boyu orta hesabla gündə 14 milliqramdan çox) aşağı və ya orta dərəcəli prostat xərçənginə tutulma ehtimalı 1,6 dəfə çox olub. Bundan əlavə, onlarda daha az nitrat qəbul edən iştirakçılara nisbətən bədxassəli prostat şişi inkişaf etdirmək ehtimalı təxminən üç dəfə çoxdur (həyat boyu orta hesabla gündə altı milliqramdan az).

Eyni zamanda, nitrat qəbulu və prostat xərçəngi arasında əlaqə yalnız lif, meyvə, tərəvəz və C vitamini daha az qəbul edilən kişilərdə müşahidə edilib. Bu parametrlər mədədə nitrozaminlərin (trihalometanların) meydana gəlməsinin qarşısını ala bilər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.