55 yaşlı alim 100 gün suyun altında yaşayacaq – FOTO

18-03-2023, 12:57           
55 yaşlı alim 100 gün suyun altında yaşayacaq – FOTO
Cənubi Florida Universitetinin professoru Cozef Dituri insan orqanizminin uzun müddət suyun altında yüksək təzyiqələ necə mübarizə apardığını anlamaq üçün qeyri-adi təcrübə keçirəcək.

55 yaşlı alim 9 metrdən çox dərinlikdə suyun altında 100 gün yaşamağı planlaşdırır.

“Biz biotibbi mühəndislik haqqında danışacağıq, bioloji təcrübələr edəcəyik - əla vaxt keçirəcəyik!”, - Dituri bildirib.

Martın əvvəlindən alim 9 kvadratmetrlik kiçik hovuzda yaşayır. O, daha bir neçə ay orada qalacaq və bu müddət ərzində onun səhhəti izləniləcək. Eksperimentin sonunda mütəxəssislər uzun müddət tək qalmağın nəticələrini qiymətləndirmək üçün professordan qan nümunələri götürəcək, elektrokardioqramma çəkəcək, həmçinin onun psixososial və psixoloji vəziyyətini təhlil edəcəklər.




Mənbə: rbc.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.