İnsan bu tarixdə ölümsüzlüyə nail ola bilər - Alimdən ŞOK AÇIQLAMA

19-03-2023, 09:41           
İnsan bu tarixdə ölümsüzlüyə nail ola bilər -
"Bəşəriyyət 2029-2030-cu illərdə ölümsüzlüyə nail ola bilər".

Publika.az xəbər verir ki, bunu Amerikalı futuroloq və kompüter alimi Raymond Kurzveil bildirib. Onun bəyanatı "Science|Science" "Telegram" kanalında dərc olunub.

Kurzveil hesab edir ki, bəşəriyyət hər il ömrünü artıracaq və nanorobotların köməyi ilə xəstəliklərdən qaçmağı öyrənəcək. Bu texnologiyalar uzunömürlülüyü daha da uzadacaq və nəticədə bəşəriyyət ölümsüzlüyə gələcək.

O, həmçinin hesab edir ki, bu zamana qədər süni intellekt müstəqil inkişaf etməyi öyrənəcək və tədricən insanla eyni səviyyəyə çatacaq. Eyni zamanda, Kurzveil hesab edir ki, insanın süni intellektlə birləşmə prosesi başlayacaq.

Futuroloq əlavə edib ki, 2045-ci ildə kiborqlar yaranacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.