2500 avro xərc çəkib 15 saniyəyə avtomobil oğurlamağın sirri öyrədilir - FOTO

25-04-2023, 11:34           
2500 avro xərc çəkib 15 saniyəyə avtomobil oğurlamağın sirri öyrədilir - FOTO
Fırıldaqçılar düyməli telefondan istifadə edərək avtomobili oğurlamağın yolunu tapıblar.

Bu barədə “Vice” məlumat yayıb. Belə ki, nəşrin jurnalistləri “Telegram” kanallarında və “darknet”də haker qurğularının satışı ilə bağlı reklamları aşkar ediblər.

Müəlliflərin sözlərinə görə, “CAN-bus”a (avtomobilin elektrik cihazlarını idarə etmək üçün interfeys və ya rəqəmsal rabitə sistemi) qoşulmaq üçün təkmilləşdirilmiş düyməli telefonların onlayn satışını müəyyən etdikdən sonra araşdırmağa başlayıblar.

Bildirilir ki, yeni ixtiranın qiyməti 2500-18000 avro (4,6 min – 33,6 min manat) arasında dəyişir.

Məlumata görə, təkmilləşdirilmiş hər hansı markalı düyməli telefon avtomobilə qoşulur və xüsusi komanda ilə işə salınır. Satıcılar oğurluq cihazını “avtomobilin qəzalı vəziyyətdə işə salınması cihazı” adlandırırlar.
Məlumata görə, təkmilləşdirilmiş düyməli telefonun avtomobilə uğurla qoşulması halında, sındırma prosesi 15 saniyədən çox çəkmir.

Təhlükəsizlik üzrə mütəxəssis Ken Tindell bildirib ki, belə cihazın köməyi ilə hələ təkmil təhlükəsizlik sisteminə malik olmayan əvvəlki nəsil avtomobilləri oğurlamaq mümkündür.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru