Məscidlərə donuz buraxır, sonra ərəb müsəlman ölkələrinə Ramazan təbriki yazır, bir ərəb liderin səsi çıxmır…

26-04-2023, 08:34           
Məscidlərə donuz buraxır, sonra ərəb müsəlman ölkələrinə Ramazan təbriki yazır, bir ərəb liderin səsi çıxmır…
Tural İrfan: “Onların ideoloji maraqları üst-üstə düşdüyünə görə, heç vaxt bu məsələlərdə bir-birinə etiraz bildirməzlər”

Ermənistanın baş naziri Nikol Paşinyan İranın dini lideri Xamneyi və prezident Rəisini Fitr bayramı münasibətilə təbrik edib. Bu barədə erməni mediası məlumat yayıb.

Təbrik məktubunda yazılıb ki, Ermənistan-İran münasibətləri xristianlıq və islam dinləri arasında effektiv dialoqun bariz nümunəsidir.

Ermənistanın baş naziri İslam İnqilabının Ali rəhbərinə və İran prezidentinə ünvanladığı məktubda yaxın gələcəkdə əməkdaşlığın iki xalqın və regional sabitliyin rifahı naminə yeni sahələri əhatə edəcəyinə ümidvar olduğunu bildirib. Məktubda qeyd edilib ki, iki ölkə arasında dərin əməkdaşlıq üçün bütün ümdə şərtlər var. Qeyd edək ki, analoji məzmunda təbrik məktubunu Paşinyan bir neçə ərəb ölkəsinin başçısına da ünvanlayıb. Çox təəssüflər olsun ki, bir nəfər də olsun ölkə başçısı məscidləri təhqir edib ora donuz bağlayan, müsəlmənalara zülm edən bu adama öz yerini göstərib, layiqli cavabını verməyib.

İlahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanla İran həm ideoloji, həm siyasi maraqları baxımından demək olar eyni dövlətdilər: “Biz necə Türkiyə ilə bir millət, iki dövlətik, onlar hətta bir millət, bir dövlət istiqamətinə doğru irəliləyirlər. Bu yaxınlarda onların Zəngəzur dəhlizi ilə bağlı bəyanatı oldu ki, Ermənistanın sərhədləri İranın qırmızı xəttidir. Təbii ki, onların dərin dövlət maraqları məsələləri var. Rus - Sasani imperiyasını fərqli adla bərpa etmək amalları güdülür. Bununla bağlı İran ideoloqları, İraqdakı Sistani belə dedi ki, onların dövlət maraqları eynidir. Roma Papası ilə məxfi danışıqlar olmuşdu. O, Qüds məsələsini, İranın Sasani imperiyasını şiə adı altında dirçəltməsini müsəlmənlara belə təqdim edir ki, guya şiələr yaşayan əraziləri birləşdirib təsir altına alırlar. Amma halbuki, onlar qədim fars imperiyasını bərpa etmək istəyirlər və həmin bu xəritədə Ermənistan da, Azərbaycan da Sasani imperiyasının tərkibində göstərilir. Bu baxımdan Xamneyi Qarabağı Azərbaycan torpağı yox, sistan torpağı adlandırmışdı. Ermənistanda keşişlərin verdiyi fikirlər, hökmlər nə üçün etiraz doğurmurdu, Qarabağda abidələrin dağılması İranda razılıq hissi yaradırdı? Çünki İran özü də İranın tərkibində olan İslamı məhv etmək üzrədir. Ona görə də, Ermənistanın İslama qarşı törətdikləri İranın dərin maraqlarına cavab verirdi, gələcək imperiyanı onlar yaradanda orada islam olmayacaq. Bu baxımdan abidələrin dağıdılması da onların razılığı ilə olub. Ağdamdan, dağıdılmış ərazilərimizdən evləri də söküb aparanlar iranlılar idi. Təəssüflər olsun ki, onların içində böyük əksəriyyəti azərbaycanlılar olub. Bilirsiz ki, bu cür məsələlərdə İran həmisə azərbaycanlıları qabağa verib. Səfirliyə qarşı terror hadisəsi baş verən zaman da bunu gördük biz. Paşinyanın onlara təbrik məktubu göndərməsi zahiri xarakter daşıyan bir məsələdir. Təbii ki, İran da heç vaxt bu məsələlərdə Ermənistana etiraz bildirməz. Ermənistanın apardığı siyasət İranı tam qane edir. Çünki İran da türk dünyasının birləşməsinin, Zəngəzur dəhlizinin açılmasının əleyhinədir. Türk aləminin inkişafdan geri qalmasının tərəfdarıdır. Bu baxımdan onların ideoloji maraqları üst-üstə düşdüyünə görə, heç vaxt bu məsələlərdə bir-birinə etiraz bildirməzlər. Məsələ tam aydındır. Təəssüf ki, Azərbaycanda da bəzi boşluqlar yarandı və İranın siyasi şiəliyi kök atdı. Bu məsələlərdə dövlət də əziyyət çəkir onları zərərsizləşdirmək üçün. Yəni həmin şəxslər dolayı yolla Ermənistanın agenti hesab oluna bilər. Bizim Azərbaycanda həbs olunanlarla İranın şəbəkəsi dolayı yolla Ermənistana bağlı ola bilər. Ermənistanla İranın dərin və dayaz maraqları birbaşa üst-üstə düşür. Biz birmənalı qəbul etsək ki, İran tamamilə islamdan ayrıdır, islam dininin əleyhinədir, artıq belə suallar yaranmayacaq. İranın islamın əleyhinə getməsi ilə bağlı maraqları hətta onu Qərb dünyası ilə birləşdirir. Sistani ilə Roma papasının görüşləri, İran hökümətinin Amerikada, Avropada olan ideoloqlarla məxfi danışıqları göstərir ki, İran Qərbin maraqlarına cavab verir. Təsəvvür edin, Fransa da, Amerika da Xankəndi - Laçın yolunda bizim postun açılması ilə bağlı etirazlarını bildirdi. İran da bu kimi məsələlərə əvvəldən narahatdır. Bu təsadüfi deyil ki, dırnaqarası müsəlman dövləti İranın marağı bu dövlətlərlə üst-üstə düşür. Sasani imperiyasının bərpa olunması Qərblə İranın razılığıdır ki, onun nəticəsində də bu maraqlar eyniləşir. İran hər zaman səlibçilərlə eyni mövqedə olacaq. Xristian dünyasında səlibçi təfəkküründə olan Fransa kimi dövlətlər var ki, onlar sırf səlibçilik ənənəsi ilə gedirlər. İslamafobiya, Quranın yandırılması, bunlar elə belə məsələlər deyil. Hamısı düşünülmüş, Qərb dövlətlərinin ortaya atdığı məsələlərdir. O cümlədən İran hər zaman İslam dininin, İslam ənənələrinin, müsəlman dövlərinin düşməni olaraq qalacaq. Amerika da, Qərb də İran rejiminin ayaqda qalmasında maraqlıdır. Çünki onun bomba ilə həyata keçirəcəyini İran öz “bombası” ilə, nifaq salmaqla, müsəlmanı müsəlmanla üz-üzə qoymaqla və yaxud Suriya, Yəmən kimi ölkələrdə müsəlman qanı tökməklə həyata keçirəcək. Ona görə də, yenə deyirəm, İran rejimi ilə Ermənistan və Qərb kimi dövlətlər hər zaman müttəfiq olublar”.

Məhəmmədəli QƏRİBLİ












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.