Gürcüstan əhalisinin 90%-i Aİ üzvlüyünü dəstəkləyir

26-04-2023, 12:24           
Gürcüstan əhalisinin 90%-i Aİ üzvlüyünü dəstəkləyir
Beynəlxalq Respublikaçılar İnstitutu (IRI) tərəfindən aparılan ictimai rəy sorğusunun nəticələrinə görə, Gürcüstanın Avropa İttifaqına daxil olmasına dəstək 89%-ə yüksəlib.

Rəyi soruşulanların 75%-i Gürcüstanın Avropaya inteqrasiyasını tam, 14%-i isə qismən dəstəklədiyini bildirib.

IRI qeyd edib ki, ötən ilin payızında keçirilən əvvəlki sorğu ilə müqayisədə Aİ-yə üzvlük üçün dəstək 4% artaraq tarixi maksimuma çatıb.

“Gürcüstan vətəndaşlarının Avropa İttifaqına üzv olmaq və Qərbin demokratik institutlarına inteqrasiyanı davam etdirmək istəyi aydın və birmənalı şəkildədir”, - İnstitutun Avrasiya Bürosunun direktoru Stiven Niks bildirib.

Respondentlərin üçdə biri (34%) “siyasi qeyri-sabitliyi” Aİ-yə inteqrasiya yolunda əsas maneə hesab edir, 17%-i isə Aİ-nin tövsiyələrinin yerinə yetirilməməsini birliyə üzv olmaq üçün başlıca əngəl kimi görür.


Respondentlərin 65%-i Gürcüstanın NATO-ya daxil olmasının tərəfdarıdır, 9% isə qəti şəkildə əleyhinədir.

Sorğu 2023-cü il martın 4-dən 23-dək 1500 nəfər arasında aparılıb.

Mənbə: newsgeorgia.ge












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru