Bu ölkədə marixuanaya pivə və şokoladdan daha çox pul xərcləyiblər

26-04-2023, 11:16           
Bu ölkədə marixuanaya pivə və şokoladdan daha çox pul xərcləyiblər
Hesabata görə, amerikalılar 2022-ci ildə qanuni marixuanaya təxminən 30 milyard dollar xərcləyib.

Publika.az xəbər verir ki, qanuni marixuana satışı hələ də keçən il təxminən 53 milyard dollar təşkil edən tütün satışındn geri qalır.

Amerikalılar eyni zamanda, 20 milyard dollar şokolada, 8 milyard dollar pivəyə xərcləyiblər.

Qanuni marixuana satışının 2028-ci ilə qədər 57 milyard dollara çatacağı proqnozlaşdırılır.

Bununla belə, qeyri-qanuni ticarət hələ də daha geniş yayılıb. Mütəxəssislərin hesablamalarına görə, ABŞ-da marixuana satışının dörddə üçü hələ də qara bazardadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru