Kartofu hansı ölkələrdən neçəyə alırıq? – 3 dəfə baha satılır – Tam siyahı

27-04-2023, 10:35           
Kartofu hansı ölkələrdən neçəyə alırıq? –
Bu ilin ilk 2 ayı ərzində Azərbaycan xarici ölkələrdən 34 min 373,44 ton kartof idxal edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan kartofun ümumi gömrük dəyəri 9 milyon 706,62 min dollar olub.
Açıqlanan rəqəmlərə istinadən apardığımz hesablama göstərir ki, idxal olunan 1 kiloqram kartofun gömrük dəyəri 48 qəpiyə (28 sent) bərabər olub.
Bu ilin ilk 2 ayında Azərbaycan aşağıdakı ölkələrdən kartof idxal edib:
Ölkələr Miqdarı Gömrük dəyəri 1 kq-ın dəyəri
Belarus 12 262,24 ton 3 831,53 $ 53 qəpik
Rusiya 8 404,19 ton 2 124,83 $ 43 qəpik
İran 6 562,6 ton 1 706,28 $ 44 qəpik
Pakistan 3 635,09 1 131,13 $ 53 qəpik
Türkiyə 2 583,46 675,19 $ 44 qəpik
Gürcüstan 758,12 189,53 $ 43 qəpik
Ukrayna 167,75 48,13 $ 49 qəpik
CƏMİ 34 373,44 9 706,62 $ 48 qəpikMəlumat üçün qeyd edək ki, bu ilin ilk 2 ayında Azərbaycandan Rusiyaya 385,31 ton kartof ixrac olunub. Rusiyaya satılan kartofun 1 kiloqramının gömrük dəyəri 82 qəpik olub.
Onu da bildirək ki, Azərbaycanda kartof istehsalı yerli tələbatı ödəmir. Azərbaycan Prezidenti tərəfindən təsdiqlənən "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda da qeyd olunurdu ki, yerli tələbatı ödəmək üçün 2015-ci ildə 1,12 milyon ton kartof istehsal olunmalıdır. Lakin, 2015-ci ildə ölkədə cəmi 840 min ton kartof istehsal edilib. 2022-ci ildə 1,07 milyon ton kartof istehsal edilib ki, bu da 2015-ci ildəki hədəfdən belə aşağı olub.
Qeyd edək ki, hazırda daxili bazarda satılan kartofun pərakəndə satış qiyməti 1,4-1,5 manat arasında dəyişir və bu qiymət ölkəyə idxal olunan kartofun gömrük dəyərindən təxminən 3 dəfə bahadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru