Rusiyanın Qarabağa göndərdiyi general kimdir? - DOSYE

27-04-2023, 10:06           
Rusiyanın Qarabağa göndərdiyi general kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Rusiya sülhməramlılarının komandanı Andrey Volkov vəzifəsindən azad edilib, onun yerinə isə Rusiya müdafiə nazirinin müşaviri, general-polkovnik Aleksandr Lentsov təyin edilib.

Publika.az xəbər verir ki, Lentsov 20 dekabr 1956-cı ildə Krasnodar diyarının Abinsk rayonunda anadan olub.

O, Lenin adına Ryazan Ali Hava Desant Komandanlığı Məktəbini bitirib.

1979-cu ildə Əfqanıstana gedən Lentsov burada müxtəlif hərbi vəzifələri icra edib. 1980-1982-ci illərdə – hava-desant təlimlərinin təlimatçısı, kəşfiyyat briqadasının komandiri olub. Kəşfiyyat qrupuna rəhbərlik etdiyi 2 il ərzində bir döyüşçüsünü də itirmədən mühüm tapşırıqlar yerinə yetirib. 1982-ci ildə 234-cü paraşüt alayının kəşfiyyat komandiri, 1982-1983-cü illərdə 234-cü paraşüt batalyonunun qərargah rəisi olub. 1983-1986-cı illərdə də 234-cü Hava Desant Alayının batalyon komandiri olub. 1986-1989-cu illərdə M.V.Frunze adına Hərbi Akademiyada təhsil alan Lentsov 1989-1990-cı illərdə 137-ci qvardiya hava-desant Kuban kazak alayının qərargah rəisi, 1990-1993-cü illərdə 331-ci qvardiya hava-desant alayının komandiri olub.

1993-cü ildən 104-cü Qvardiya Hava Desant Diviziyasının komandir müavini, üç il sonra – 1996-cı ildən 2009-cu ilə qədər 98-ci Qvardiya Hava Desant Svirsk Diviziyasının komandiri kimi çalışıb.

2008-ci ildə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasında Ali Akademik Kursları bitirib. 2009-cu ilin avqustun 5-dən Hava-Dəniz Qüvvələrinin komandanının müavini olub.

Lentsov Əfqanıstan, Birinci və İkinci Çeçen, Bosniya, Cənubi Osetiya, Donbas və Suriya müharibələrində iştirak edib.

2011-ci ildə general-leytenant rütbəsi alan Lentsov 31 iyul 2013-cü ildə Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə Quru Qoşunlarının Ali Baş Komandanının müavini təyin edilib. 13 dekabr 2014-cü ildə general-polkovnik türbəsi alıb. 2014-cü ilin sentyabr-dekabr aylarında Ukraynanın şərqində baş verən silahlı münaqişə zamanı və 2015-ci ilin yazında Ukraynanın Donetsk vilayətinin Soledar və Debaltsevo şəhərlərində atəşkəs məsələlərinin monitorinqi və əlaqələndirilməsi üzrə birgə Rusiya-Ukrayna mərkəzində bir qrup Rusiya hərbçisinə rəhbərlik edib. Münaqişə zamanı o, üç dəfə Donetsk hava limanında, Şirokino yolunda və Qorlovka yaxınlığında atəşə məruz qalıb.

22 yanvar 2020-ci ildən isə Rusiya müdafiə nazirinin müşaviridir.

Evlidir, bir oğlu var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru