Yumurtalıq xərçənginin 9 qeyri – adi əlaməti

29-04-2023, 11:04           
Yumurtalıq xərçənginin 9 qeyri – adi əlaməti
Yumurtalıq xərçəngi onkoloji xəstəliklər arasında 4-cü yeri tutur.

Teref.Az xəbər verir ki, həkim – ginekoloq Yelizavetta Komorovanın sözlərinə görə, bəzi qadınlar tez-tez sidiyə getmə, anormal vaginal qanaxma və səbəbsiz yorğunluqla qarşılaşa bilər. Yumurtalıq xərçənginin başqa bir mümkün əlaməti səbəbsiz kilo itkisi və nəcisin dəyişməsidir.

Həkim bu xərçəngin 9 mümkün simptomunu sadalayıb.

1. Qarında şişlinlik

2. Sürətli toxluq hissi

3. İştahsızlıq

4. Qarın ağrısı

5. Tez-tez sidiyə getmə ehtiyacı

6. Anormal vaginal qanaxma

7. Səbəbsiz yorğunluq

8. Səbəbsiz kilo itkisi

9. Bağırsaqda dəyişiklik

Uşaqlıq boynu və döş xərçəngindən fərqli olaraq, yumurtalıq xərçəngi üçün etibarlı skrininq testləri yoxdur.

Buna görə həkimin hər hansı bir simptomu dəqiq yoxlaması vacibdir. Erkən aşkar edilən yumurtalıq xərçəngi daha az ciddi ola bilər.

65 yaşdan yuxarı qadınlarda yumurtalıq xərçəngi inkişaf riski daha yüksəkdir.\\Metbuat.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru