Xərçəngə qarşı peyvənd tapıldı – BU TARİXDƏ HAZİR OLACAQ

1-05-2023, 00:05           
Xərçəngə qarşı peyvənd tapıldı –
Xərçəngə qarşı peyvənd bu onilliyin sonuna qədər hazır olacaq.

Teref.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Oksford Universitetinin tədqiqatçısı Conatan Kvok deyib.

“İndi ən azı 10 şirkətin və müxtəlif yanaşma və strategiyalara malik akademik departamentlərin iştirak etdiyi bir yarış var. Bu yanaşmaların hər birinin üstünlükləri nəzərdən keçirilir”, - deyə alim bildirib.

Onun fikrincə, bu onilliyin sonuna qədər xərçəngə qarşı münasib qiymətə peyvənd olacaq.

Xərçəngdən ölüm hallarının 70-90 faizinin metastazlara görə baş verdiyini deyən alim qeyd edib ki, peyvənd immun sisteminin davamlı reaksiyası nəticəsində metastazların yaranmasının qarşısını almağa kömək edəcək.

“Siçanlar üzərində aparılan tədqiqatlar göstərdi ki, metastazların qarşısını tamamilə ala bilərik. Klinik sınaqların birinci mərhələsinin yaxın aylarda başlaması gözlənilir”, - deyə tədqiqatçı vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru