Qəbzliyin bir nömrəli düşmənidir

1-05-2023, 00:08           
Qəbzliyin bir nömrəli düşmənidir
Türk həkimlərinin sözlərinə görə, zirə şəkər xəstələri üçün bir çox cəhətdən faydalıdır.

Publika.az xəbər verir ki, zirə qanda şəkər səviyyəsi stabil saxlamağa kömək edir. Mütəxəssislərin fikrincə, bu ədviyyatdan mütəmadi olaraq az miqdarda istifadə belə şişkinliyi azaldır, əsəbləri sakitləşdirir və stresli günlərdə bədəni rahatlaşdırır.

Xüsusilə zirə körpələrdə tez-tez yaranan həzm problemlərinin həllində çox təsirlidir, eyni zamanda laktasiya edən qadına ana südü laktasiyasını artırmağa kömək edir.

Türkiyəli həkimlərin fikrincə, bu məşhur ədviyyat xərçəng hüceyrələri ilə effektiv mübarizə aparır və immun sistemini gücləndirir.

Başqa bir əhəmiyyəti odur ki, zirə orqanizmə müsbət təsir göstərən çoxlu miqdarda lif ehtiva edir. Bununla belə, zirədən həddən artıq çox istifadə etmək olmaz, çünki bu, mədə qıcqırmasına, gəyirmənin artmasına, ürəkbulanmaya, süstlüyə səbəb ola bilər, həmçinin qaraciyər, böyrəklərlə bağlı problemlərə və qanda qlükoza səviyyəsinin həddindən artıq azalmasına səbəb ola bilər. Bu baxımdan, ekspertlər bir daha xatırladıb ki, hər şey orta ölçüdə faydalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru