Əfv siyahısında kimlər var? - Novella Cəfəroğlundan açıqlama

1-05-2023, 18:58           
Əfv siyahısında kimlər var? -
"Biz siyahını tərtib edib Əfv Komissiyasına ünvanlamışıq”.
TEREF.AZ bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu mayın 10-da gözlənilən Əfv sərəncamının kimlərə şamil olunacağına aydınlıq gətirərkən deyib. O bildirib ki, 29 nəfərlik siyahı ilə Əfv Komissiyasına müraciət olunub:

"Hamı kimi biz də gözləyirik. Müraciətimiz olan siyahıda 29 nəfər şəxsin adı var. Bundan əlavə müraciətə Gəncə hadisələri zamanı həbs olunanlar və OMON-çuların adını ayrıca qeyt etdik. Xahiş etmişik ki, bunların hər birinə baxılsın. Çox istəyərdim ki, bu dəfə onların hamısını buraxsınlar”.

Novella Cəfəroğlu hesab edir ki, onlar əfv olunmalıdır:

"Əgər belə olarsa, heç bir dövlət bizə irad tuta bilməyəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru