"Qarabağda Azərbaycana qarşı etiraz və imzatoplamaları kim təşkil edir?" - Erməni mediası

2-05-2023, 12:24           
"Qarabağda Azərbaycana qarşı etiraz və imzatoplamaları kim təşkil edir?" -
Son günlər Qarabağda etirazlar və imzatoplamaların kimlər tərəfindən təşkil edildiyi barədə müxtəlif söhbətlər gəzir.

TEREF.AZ KONKRET.az-a istinadla xəbər verir ki, bu barədə erməni mediası yazı dərc edib.

“Qarabağda Nikol Paşinyanın siyasi xəttini həyata keçirənlər son vaxtlar görünməmiş fəallıq nümayiş etdirirlər. Onlar ictimai əhval-ruhiyyə yaratmağa, həmçinin “prezident” Arayik Arutyunyanı Paşinyanın nəzarəti altında saxlamağa çalışırlar.

Bu xəttin iştirakçıları Tiqran Petrosyan, dünən “Arsax”da ruslara qarşı etiraz aksiyası təşkil edən Artur Osipyan, “prezidentin “müşaviri” Masis Mayilyan, həmçinin Samvel Babayandır”, – deyə media yazıb.

Erməni mediasının Qarabağdakı mənbələri bildirir ki, bu qrup fəal toplantılar təşkil edir və Arayik Arutyunyanın Paşinyana qarşı çıxmasının qarşısını alır.

Daha maraqlı bir məqam üzə çıxıb.

Bir neçə gün əvvəl Qarabağda qondarma “hərəkat” başlayıb. Azərbaycana qarşı “petisiya” keçirilib, imzatoplama təşkil edilib. Bundan sonra beynəlxalq ictimaiyyətə “tələb məktubu” təqdim olunacaq.

“Tələb məktubu” BMT Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərə, ATƏT-in “Minsk qrupu” həmsədrlərinə, Qarabağda sülhməramlı missiyanı yerinə yetirən ölkənin rəhbəri kimi Rusiya Federasiyasının Prezidentinə və Ermənistanın Baş nazirinə təqdim olunacaq.

Bəzi məlumatlara görə, bu hərəkatın arxasında Rusiyanın vassalı, Qarabağdakı qondarçma qurumun keçmiş “dövlət naziri” Ruben Vardanyan dayanır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.