İRANDAN QORXDUQMU: Çöhrəqanlının Bakıya gəlişinə icazə verilmədi - AXI NİYƏ?!

2-05-2023, 13:06           
İRANDAN QORXDUQMU:
Ötən gün Bakıya gəlmək üçün yola çıxan Mahmudəli Çöhrəqanlı ABŞ-da Türk Hava Yollarının təyyarəsinə buraxılmayıb.

TEREF.AZ bildirir ki, bu barədə Axar.az-a Mahmudəli Çöhrəqanlının yaxınları məlumat verib.

Bildirilib ki, onun Türkiyəyə girişi də yasaq olduğu üçün Türk Hava Yolları ilə uçmasına izn verilməyib. M.Çöhrəqanlıya deyilib ki, onun Türkiyə ərazisindən tranzit kimi istifadə edə bilməsi üçün Bakıdan rəsmi dəvətinin olması və onu təqdim etməsi vacibdir.

Bu səbəbdən M.Çöhrəqanlı təyyarəyə minə bilməyib və hava limanından geri qayıdıb.

Qeyd edək ki, M.Çöhrəqanlı 1 mayda Bakıya gələcəyini bildirmişdi və təyyarə bileti aldığını da nümayiş etdirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru