7 yaşlı uşağın ölümü ilə bağlı ŞOK DETALLAR - Məşqçi anasını çölə çıxarıb - VİDEO

2-05-2023, 15:08           
7 yaşlı uşağın ölümü ilə bağlı ŞOK DETALLAR -
Sumqayıtda idman məktəbində aldığı xəsarət səbəbindən həyatını itirən 2016-cı il təvəllüdlü Fərid Bakarovun babası nəvəsinin ölümü ilə bağlı yeni detalları açıqlayıb.

O, İTV-yə açıqlamasında azyaşlının anasının səs eşitdiyi üçün zala girməsinə baxmayaraq müəllim tərəfindən çölə çıxarıldığını deyib:

"Qızım uşağı məktəbə aparanda görüb ki, pis səs gəlir. Anası içəri girsə də onu çölə çıxarıb. Deyib ki, idmandır və burda heç nə yoxdur. Məşqdən sonra müəllim halsız vəziyyətdə olan uşağı qucağına alaraq evə aparıb. Uşağın paltarları dəyişdiriləndə məlum olub ki, ağır zərbələr alıb".

Qeyd edək ki, aprelin 29-da Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbin idman zalında 2016-cı il təvəllüdlü Fərid Bakarova ağır xəsarətlər yetirərək ölümünə səbəb olan 1994-cü il təvəllüdlü Mehman Xəlilov barəsində Sumqayıt Şəhər Məhkəməsi qərar qəbul edib. Məhkəmə Mehman Xəlilov barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.