Britaniya Rusiya, Belarus, Əfqanıstan, Venesuela, İran və Suriyanı kral III Çarlzın tacqoyma mərasiminə dəvət etməyib.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Mayın 6-da Londonda keçiriləcək mərasimə ölkənin diplomatik əlaqələri olan bütün dövlətlərin başçıları və digər rəsmiləri dəvət edilib. Şimali Koreya və Nikaraquadan olan diplomatlara da dəvət göndərilib.
Qeyd edək ki, mərasim üçün 2,2 mindən çox insana dəvət göndərilib. Məlumata görə, 203 ölkədən qonaq gələcək, 100-ə yaxın ölkə isə mərasimdə ən yüksək səviyyədə təmsil olunacaq.