80 minə killer tutdu, qızının qətlini sifariş etdi

4-05-2023, 12:03           
80 minə killer tutdu, qızının qətlini sifariş etdi
67 yaşlı Rusiya vətəndaşı qızının sifarişli qətlini təşkil etməkdə şübhəli bilinir.

Publika.az xəbər verir ki, hadisə mənzilə görə baş verib.

İstintaqın məlumatına görə, şübhəli aprel ayında dostuna, qızını mənzilinə görə öldürmək istədiyini bildirib. Dostu, killer ile qadına görüş təşkil edib. İşinə görə qadın ona 80 min rubl verəcəyini vəd edib.

Qadının killerə müxtəlif qətl üsullarını, məsələn, qəza törətməyi təklif etdiyi bildirilir. May ayında muzdlu qatil qətli törədib və sübut kimi qızının çantasını anasına verib.

Hazırda qatil saxlanılıb. Faktla bağlı muzdluluqla qətlin hazırlanmasını təşkil etmə maddəsi ilə cinayət işi başlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru