Taxtın arxasında duran əsl güc... - Amerikanı kim idarə edir?..

4-05-2023, 13:34           
Taxtın arxasında duran əsl güc... -
Cill Baydeinin əri üzərində olan nüfuzu onun Ağ Evi idarə etməsi haqda təəssuratlar yaradıb...

Poliqon xəbər verir ki, Amerikanın “19FortyFive” jurnalı ərinə təsir gücünə görə Cill Baydeni əsl ABŞ prezidenti adlandırıb.

“Amerika lideri Co Baydenin həyat yoldaşı, əslində, Amerika Birləşmiş Ştatlarının ilk qadın prezidentidir, çünki onun əri üzərində böyük təsiri var”, deyə Amerika hərbi jurnalı “19FortyFive”nin üçün köşə yazarı Brendon Veyhert yazıb.

“Əslində, prezident Co Baydenin zəifliyini nəzərə alsaq, onun həyat yoldaşının hər şeyə cavabdeh olduğu aydındır. Şübhəsiz ki, Cill Bayden ərinin mübarizə aparmalı olduğu hadisələrə əhəmiyyətli dərəcədə təsir göstərir”, deyə Veyhert qeyd edib.

Veyhert Bayden administrasiyasındakı adı açıqlanmayan mənbəyə istinadən qeyd edib ki, ABŞ prezidentinin həyat yoldaşı onun Ağ Evdəki görüşlərində tez-tez iştirak edir, onunla hesabatları dinləyir və suallar verir.

“Doktor Cill həmişə ərinin kabinetində olur. O, prezidentin müdaxiləsini tələb edən bir məsələ ortaya çıxanda Ağ Ev əməkdaşları ilə müzakirələr aparır və onları dinləyərək qərarlar verir”, deyə köşə yazarı bildirib.

Eyni zamanda, Baydenin xanımı sadəcə “rupor” deyil. Veyhertin fikrincə, o, “yəqin ki, taxtın arxasında duran əsl güc sahibdir”.

“O, qərarlarını səsləndirmir. Amma o, həmişə müzakirələrdə olur, söhbəti formalaşdırır və bütün ulduzların istədiyi kimi düzülməsini təmin edir”, deyə Veyher yazır.

Qeyd edək ki, mart ayında Cill Bayden ərinin zehni qabiliyyətlərini sınamağa ehtiyac olmadığını söyləyib. Onun sözlərinə görə, dövlət başçısının həqiqətən də hədsiz gərgin qrafiki var, amma əri öz vəzifələrinin öhdəsindən gəlir..

Xatırladaq ki, Bayden ABŞ-ın ən yaşlı prezidentidir. 80 yaşlı siyasətçinin səhhəti dəfələrlə amerikalılar arasında müzakirə obyektinə çevrilib. Buna baxmayaraq o, ikinci müddətə seçilmək üçün namizədliyini irəli sürüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.