Kremlə hücum edən PUA-lar barədə Moskva vilayəti sakinləri rəsmi orqanları xeyli əvvəl xəbərdar ediblər

5-05-2023, 12:24           
Kremlə hücum edən PUA-lar barədə Moskva vilayəti sakinləri rəsmi orqanları xeyli əvvəl xəbərdar ediblər
Kremlə dronlarla hücumdan əvvəl Rusiyanın Moskva vilayətinin sakinlərindən PUA-lar gördükləri barədə xəbərlər gəlməyə başlayıb.

Lakin xüsusi xidmət orqanları bu xəbərlərə reaksiya verməyiblər.

Bu barədə “Baza” “Telegram” kanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Kremlə hücum cəhdi edən pilotsuz aparatlar Moskva vilayəti üzərində uçduqları zaman sakinlər tərəfindən görülüb, lakin təhlükəsizlik xidməti orqanları PUA ilə bağlı bu məlumatlara etinasız yanaşıblar.
Deyilənlərə görə, pilotsuz aparatlar çox aşağıdan uçublar. Moskva vilayətinin sakinləri onları paytaxta yaxınlaşmazdan xeyli əvvəl görüblər. Lakin fövqəladə hallar xidmətləri PUA-ların təhlükə yaratmayacağını düşünərək hər hansı tədbir görməyiblər.

“PUA-lar artıq Moskva Dairəvi Avtomobil Yolu üzərindən uçaraq Moskvanın mərkəzinə doğru istiqamətlənəndə narahat olmağa başlayıblar. Lakin gec saatlar olduğu üçün və may bayramına görə buna operativ reaksiya vermək mümkün olmayıb”, - deyə mənbə “Baza”ya bildirib. Beləliklə, PUA-lar Moskva vilayətini, Moskvanı uğurla keçərək 16 dəqiqəlik fərqlə hədəfə çatıblar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.