Gərək mən də hakimi məhkəməyə verəm ki, sən niyə hakimlik edirsən

5-05-2023, 11:48           
Gərək mən də hakimi məhkəməyə verəm ki, sən niyə hakimlik edirsən
Bu gün Sara Əzimova ilə məhkəməmizin növbəti iclası keçiriləcək. İclasda nə müzakirə olunacaq, bilirsinizmi? Sara Əzimovanın yazdığı bir statusu şərh etməyim. Halbuki, mən o şərhimdə sözügedən statusa hər hansı bir əlavə məlumat xarakterli cümlələr artırmamışam, sadəcə yazılanların hüquqi baxımdan analizini vermişəm. Bu da bir jurnalist kimi mənim Azərbaycan qanunvericiliyinə əsasən nəinki hüququm, hətta peşə təyinatımın istiqamətlərindən biridir.
Belə ki, “Media haqqında Qanun”un 1.1.4 maddəsində jurnalistin tərifi belə verilir:
“Jurnalist – əmək müqaviləsi ilə media subyektində və ya fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə fəaliyyət göstərən, əsas fəaliyyət növü davamlı şəkildə məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etmək, ötürmək, habelə həmin məlumatlara dair fikir bildirmək (şərh vermək) olan və bu fəaliyyəti gəlir əldə etmək məqsədilə yerinə yetirən şəxs”.
Həmin qanunun 6.3 maddəsində isə jurnalistin peşə təyinatından irəli gələn hər hansı fəaliyyətinə qarşı təzyiq tamamilə qadağan olunur:
“Azərbaycan Respublikasının qanunları ilə məhdudlaşdırılmayan, ümumi istifadə üçün nəzərdə tutulmuş məlumatların toplanması, hazırlanması, redaktə və istehsalı, ötürülməsi, habelə həmin məlumatlara dair fikir bildirilməsi (şərh verilməsi) ilə bağlı jurnalistlərin təqib edilməsi və onlara təzyiq göstərilməsi yolverilməzdir”.
Təbii ki, məhkəmənin mənim əldə etdiyim hər hansı məlumatı şərh etməyimi müzakirəyə çıxarmağı təzyiqin bir formasıdır. Çünki peşə təyinatları əsla müzakirə oluna bilməz. Bu ona bənzəyir ki, mən hakimə qayıdıb deyirəm; sən niyə məhkəmə aparırsan? Təbii ki, hakimin işi məhkəmə aparmaq olduğu kimi jurnalistin işi də məlumatları şərh etmək olmalıdır.
Bugünkü məhkəmə iclası ona bənzəyəcək ki, bibər armudu “o niyə mənim kimi acı deyil” ittihamı ilə məhkəməyə verir, hakim isə bu işə baxır. Halbuki acı olmaq bibərin, şirin olmaq da armudun xarakterik xüsusiyyətidir.
İnanıram ki, Sara Əzimova ilə məhkəmə çəkişməmiz hüquq tarixinə ən absurd məhkəmələr proseslərindən biri kimi düşəcək. Heç quldarlıq quruluşunda belə,
Heydər Oğuz
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.