“YENİYETMƏLƏR BU PROBLEMDƏN ƏZİYYƏT ÇƏKİR” – PSİXOLOQ

5-05-2023, 16:04           
“YENİYETMƏLƏR BU PROBLEMDƏN ƏZİYYƏT ÇƏKİR” – PSİXOLOQ
Psixoloq Könül Telmanqızı yetkinlik yaş dönəmində uşaqlarda ən çox rast gəlinən şikayətlər barədə danışıb. Psixoloq bu cür şikayəti olan yeniyetmələrin valideynlərinin diqqətli olmasını məsləhət görür.

Tribunainfo.az xəbər verir ki, psixoloqun sözlərinə görə, yeniyetmələrdə ən çox özünəinamsızlıq problemi yaşanır:

“ “Heç kim mənimlə dost olmaq istəmir”, “Hamı mənə nifrət edir” kimi şikayətlərdi ən çox . Bu cür yanaşma insanın özünə inamını və özünü qiymətləndirməsini aşağı salacaq.
Sadə məşq aparmaq lazımdır, aydınlaşdırma aparılmalıdır. Düşünün, konkret olaraq neçə nəfər sizin düşündüyünüz kimi düşünür və sizin dost görmək istədiyiniz, düşüncələrinizi bölüşmək istədiyiniz insandır?
Dəqiqləşdirsəz, cəmi 3,5 nəfər çıxacaq. Aydınlaşdırdıqdan sonra dərhal bölüşmək istədiyin mövzunu ruhuna və psixologiyana yaxın insanlarla müzakirə et, bununla da özünü qiymətləndirmən və özünə inamının artacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru