Klinik ölümdən sağ çıxan satanist Allahla görüşündən danışdı - FOTO

6-05-2023, 10:13           
Klinik ölümdən sağ çıxan satanist Allahla görüşündən danışdı - FOTO
Keçmiş şeytan kultisti Şeril Bek klinik ölümdən sağ çıxdıqdan sonra Allahla görüşdüyünü deyib.

Onun danışdıqları sosial mediada böyük maraqla qarşılanıb.

Satanistin sözlərinə görə, xəstəxanada ürəyi dayandıqda o, öldüyünü aydın dərk edib.

“Bundan sonra mavi portala bənzər bir şey gördüm və ora daxil oldum”.

Şeril Bek burada Allahı gördüyünü iddia edib. O, həmçinin bir müddət əvvəl vəfat etmiş oğlu ilə də “o biri dünyada” qarşılaşdığını deyir:

“Biz danışdıq və o, mənə bu dünyada bir sıra yarımçıq işlərim qaldığını xatırlatdı. Bu vaxt sinəmdə çox bərk ağrı hiss elədim və ayıldım. Ancaq həkimlər həmin vaxt mənə ürək masajı eləmirdilər”, - deyə o xatirələrini bölüşüb.

Xatırladaq ki, bir müddət öncə basketbol matçı zamanı infarkt keçirdən və 28 dəqiqəliyinə ölən avstraliyalı taekvondo məşqçisi də ayılandan sonra gördüklərini danışmışdı.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru