Azərbaycanın ən zəngin iş adamları - SİYAHI

6-05-2023, 10:29           
Azərbaycanın ən zəngin iş adamları - SİYAHI
Hər il müxtəlif nüfuzlu nəşrlər dünyanın və eləcə də ayrı-ayrı ölkələrin zəngin insanlarının siyahısını açıqlayır. Məsələn, “Forbes”in bu il üçün hazırladığı məlumata görə, milyaderlərin ümumi sərvətinin miqdarı 9,1 trilyon dollardan 8,7 trilyona qədər azalıb. “Siyahıya “Amazon” şirkətinin qurucusu Jeff Bezos 131 milyard dollarlıq sərvətlə başçılıq edir. Heç şübhəsiz bu siyahıda azərbaycanlı milyonçuların adına da rast gəlinir.

Dünyanın ən varlı 20 milyarderinin ümumi varidatı 1,2 trilyon dollar təşkil edir.

Ölkəmizdə nəyinki milyonerlər hətta milyarderlər də var. Bu siyahıya Vahid Ələkbərov, Araz Ağalarov, Fərhad Əhmədov, Mübariz Mənsimov, Qod Nisanov, Zarax İliyevi də əlavə etmək olar. Qod Nisanov 1,3 mlrd dollar, Zarax İliyev 1,3 mlrd dollar, Araz Ağalarov 1,9 mlrd dollarla, Mübariz Mənsimovla Fərhad Əhmədov isə 1,7 milyard dollarla siyahıda yer alıblar.

Bakıda doğulmuş "Lukoil" prezidenti Vahid Ələkbərov isə 10,5 milyard sərvətə sahibdir.

Heç kimə də sirr deyil ki, Azərbaycanda belə adamlar var. Hətta söhbət təkcə milyonçulardan getmir, ölkəmizdə milyarderlərin olduğuna da şübhə yoxdur.
Ednews.net












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.