"Green card" nəticələri bu gün açıqlanır

6-05-2023, 10:58           
"Green card" nəticələri bu gün açıqlanır
ABŞ dövlətinin ildə 1 dəfə keçirdiyi "green card" proqramının nəticələri bu gün açıqlanacaq.
Yeniavaz.com xəbər verir ki, viza lotereyası kimi tanınan proqramın nəticələrinə əsasən 55 min əcnəbi vətəndaş ABŞ-da ömür boyu yaşamaq və işləmək imkanı əldə edəcək.
Qeyd edək ki, pandemiya səbəbindən 2019 və 2020-ci illərdə "greencard" qalibi olmuş şəxslərin çox hissəsinə səfirlikdə görüş təyin olunmasa da, ötən ildən başlayaraq viza görüşləri bərpa olunub və yeni qalib olmuş şəxslərin səfirlikdəki viza görüşlərinin təyin olunmasında heç bir problem gözlənilmir.
Müraciətin nəticəsini Şərq Standart Vaxtı ilə (Eastern Standard Time - EST) saat 12:00-da (Bakı vaxtı ilə 21:00) ABŞ Dövlət Departamentinin Konsulluq İşləri Bürosunun saytından öyrənmək mümkün olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru