“Azəriqaz”ın yeni ağıllı sayğacları abonentlərə nə vəd edir? - VİDEO

7-05-2023, 10:04           
“Azəriqaz”ın yeni ağıllı sayğacları abonentlərə nə vəd edir? - VİDEO
Smart-kart tipli sayğaclar mərhələli şəkildə ləğv ediləcək.

Onların əvəzinə ağıllı qaz sayğacları quraşdırılacaq.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev bildirib ki, prosesə ilkin mərhələdə yeni yaşayış binalarından başlanıb. Pilot layihə çərçivəsində 40 min abonentin mənzili ağıllı sayğacla təmin olunub.

“Yeni sayğaclar vasitəsilə qaz sərfiyyatı ilə bağlı məsələlər vahid mərkəzdən idarə olunacaq”.

Qurum rəsmisi ağıllı sayğacların bir çox üstünlüklərə malik olduğunu bildirib.

Gələcəkdə yaşayış binaları ilə yanaşı həyət evlərinə də ağıllı sayğac quraşdırılacaq. Smart-kart tipli sayğaclar mərhələli şəkildə dövriyyədən çıxarılacaqlar.

E.Vəliyev mənzillərdə qaz sayğaclarının bir neçə dəfə dəyişdirilməsi məsələsinə də aydınlıq gətirib.

Mətbuat katibi əlavə edib ki, ağıllı sayğaclar “Azəriqaz” İB-nin öz vəsaiti hesabına quraşdırılır.

Mövzu ilə bağlı daha ətraflı Xəzər Xəbərin təqdim etdiyi videomaterialdan öyrənnə bilərsiniz:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.