Baxmutla əlaqə kəsilib?

24-05-2023, 10:43           
Baxmutla əlaqə  kəsilib?
2022-ci ilin dekabrından bəri ilk dəfə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Baxmutdakı döyüşlər barədə məlumat verməyib. Bu, yəqin ki, “Vaqner” bölmələrinin şəhərin dərinliklərinə doğru irəliləməsi ilə əlaqəlidir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Təhlildə qeyd olunur ki, dünən Ukrayna rəsmiləri Baxmut istiqamətində döyüşlərin sürətinin azaldığını açıqlayıblar. Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin şəhər yaxınlığında cinahlardan əks-hücuma keçməsi haqda məlumat var.

Rusiya qoşunlarının Baxmutun qərbində yerləşən Xromovoy yaxınlığındakı hücum əməliyyatları isə nəticəsiz bitib.

Müharibədən əvvəl 70 mindən çox ukraynalının yaşadığı şəhər Rusiya qoşunlarının hücumundan sonra xarabalığa çevrilib, Baxmut aylarla şiddətli döyüşlərin episentrində qalıb.

Mayın 20-də “Vaqner” lideri Yevgeni Priqojin Baxmutun tamamilə ələ keçirildiyini açıqlayıb.

Mayın 23-də Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov bildirib ki, Baxmutun müəyyən hissəsi hələ də Silahlı Qüvvələrin nəzarəti altındadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru