Ermənistanda ali məktəbin bir qrup vəzifəli şəxsi rüşvətə görə həbs olunub

25-05-2023, 07:45           
Ermənistanda ali məktəbin bir qrup vəzifəli şəxsi rüşvətə görə həbs olunub
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi İrəvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Ayk Sarkisyanın, onun müavininin və həmin kafedranın digər iki müəlliminin rüşvət almaqda ittiham olunaraq saxlanılması barədə məlumat yayıb.

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Komitənin məlumatına görə, 2000-ci ildən dekan olan A.Sarkisyan, dosent Q.T. və digər müəllimlər, 2023-cü ilin fevral ayından mart ayına qədər müxtəlif kursların tələbələrinə müəyyən pul müqabilində qiymət yazıblar.

O cümlədən, imtahan sessiyaları zamanı müvafiq qiymətlərə görə 120 min dram alıblar. Ümumilikdə, söhbət 480 min dramdan gedir. Başqa bir halda isə rüşvət 4 min dollar təşkil edib.

Müstəntiqin qərarı ilə Ayk Sarkisyan, onun müavini və iki müəllimi, o cümlədən 5 rüşvətxor saxlanılıb və onların həbsi üçün məhkəməyə vəsatət verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru