“Tesla”nın 100 giqabaytlıq sirri xəbər saytına sızdı: “Avtopilot az qala məni öldürəcəkdi”

31-05-2023, 12:44           
“Tesla”nın 100 giqabaytlıq sirri xəbər saytına sızdı:
Almaniyanın xəbər agentliyi “Handelsblatt” anonim bir informator tərəfindən onlara “Tesla” ilə bağlı neqativ məlumatları əks etdirən 100 giqabaytlıq məlumat göndərildiyini açıqlayıb.

“Handelsblatt” nəzərə çatdırıb ki, məlumatların etibarlılığı Fraunhofer Təhlükəsiz İnformasiya Texnologiyaları İnstitutu tərəfindən yoxlanılıb və saxtakarlığa dair heç bir dəlil tapılmayıb.

Həmçinin “Tesla”nın hesabatın dərcinə mane olmağa çalışdığı və “Handelsblatt”a qarşı qanuni tədbirlər görəcəyi də bildirilib. “Tesla” xəbər agentliyini məlumat oğurluğunda ittiham edir.

Xəbər qurumu isə Avropa İttifaqı qanunlarına görə, bu məlumatlara əsaslanan xəbərlərin dərc edilməsinin qanuni olduğunu vurğulayır.
“Handelsblatt” tərəfindən dərc edilən məlumatlarda 2 400-dən çox öz-özünə sürət artımından şikayət, 1 500-dən çox əyləc funksiyası problemi və mindən çox qəza halları ilə bağlı faktlar əks olunub. Əsasən də avtopilotdan qaynaqlanan problemlərə diqqət yönəldilib. İstifadəçilərdən biri “Avtopilot az qala məni öldürəcəkdi” deyə yaşadığı hadisəni təsvir edib.

Qeyd edək ki, məlumatlar 2015-ci ildən başlayaraq 2022-ci ilin martına qədər davam edən dövrü əks etdirir. Həmin dövrdə isə “Tesla” 2,6 milyon avtomobil satıb.

Mənbə: Haber Global












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.