Meşə yanğınları barədə çağırış: bir gündə 9000 insan ölə bilər

23-06-2023, 09:14           
Meşə yanğınları barədə çağırış: bir gündə 9000 insan ölə bilər
Meşə yanğınlarının tüstü hissəcikləri ABŞ-da ildə 4000-dən 9000-ə qədər vaxtından əvvəl ölümə səbəb ola bilər.

Belə ki, meşə yanğınları ilə əlaqəli PM2.5 (2,5 mikrondan kiçik hissəciklər) ölüm və bəzi ümumi tənəffüs xəstəlikləri yaradır.
Tədqiqatçılar 2012-ci ildən 2014-cü ilə qədər toplanmış meşə yanğınları emissiyaları və havanın keyfiyyəti ilə bağlı peyk məlumatlarından istifadə ediblər, sonra məlumatları yeni riyazi modelə daxil edərək meşə yanğını tüstüsünün insan sağlamlığına və iqtisadiyyatına necə təsir göstərə biləcəyini təxmin ediblər.

Qeyd olunub ki, Los-Anceles, Hyuston və Atlanta kimi yanğın mənbələrinin yaxınlığında yerləşən əyalət metropolitenlərinin əhəmiyyətli sayda ölüm və böyük iqtisadi zərərlə üzləşməsi ehtimalı var.

Məsələn, yanğın nəticəsində yaranan hissəciklər səbəbindən Los-Ancelesdə hər il 119 adam ölə bilər. Bu səbəbdən isə Atlantada 76, Hyustonda 65, Nyu-Yorkda 86 nəfərin vaxtından əvvəl ölməsi gözlənilir.
Yanğınlarla mübarizə tədbiri olaraq tədqiqatçılar meşələrin kəsilməsini təklif ediblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.