Nazir müavini: “Taksilərdə əlavə cihazın quraşdırılmasına ehtiyac görmürük”

24-06-2023, 15:23           
Nazir müavini:
“Taksilərdə proses telefonla idarə olunduğu üçün hansısa əlavə cihazın quraşdırılmasına ehtiyac görmürük”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov deyib.

“Eyni zamanda hansısa vətəndaş smartfondan istifadə etmədikdə cihaz quraşdırılması mümkündür”, - deyə o qeyd edib.
Nazir müavini reysqabağı müayinə məsələsinə də diqqət çəkib:

“Reysqabağı müayinə dedikdə sürücünün temperaturunun ölçülməsi, onun alkoqol qəbul edib-etməməsinin yoxlanılması nəzərdə tutulur. Başqa ölkələrin təcrübəsi nəzərə alınaraq burada müasir avadanlıqlarla nəzarət tətbiq ediləcək. Qarajlarda xüsusi avadanlıqlar vasitəsilə sürücülər tibbi müayinədən keçiriləcək”, - deyə R.Hümbətov əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru